Ərdoğanla Ruhani Qarabağdan danışdılar

erdoganla-ruhani-qarabagdan-danisdilar
Oxunma sayı: 4074

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhaninin telefon danışığı olub.

“Qafqazinfo” Anadolu” agentliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı Azərbaycan-Ermənistan münaqişəsi və Suriya başda olmaqla regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Ərdoğan Ermənistanın dinc əhaliyə qarşı hücumlarının hərbi cinayət olduğunu vurğulayaraq, bu məsələdə haqlı ilə haqsızı, işğal edənlə işğalçının ayırd edilməsinin mühüm olduğunu bildirib.