Erməni Azərbaycanın nəzarətindəki əraziyə keçib

ermeni-azerbaycanin-nezaretindeki-eraziye-kecib
Oxunma sayı: 5705

2000-ci il təvəllüdlü erməni sülhməramlıların nəzarət etdiyi ərazidən Azərbaycan ərazisinə keçib. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Onun Azərbaycanın Xocavənd rayonunun Aşan kəndinin sakini olduğu bildirilir.

Belə iddia edilir ki, o, azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib.