Erməni merə iki ay iş verilib

ermeni-mere-iki-ay-is-verilib
Oxunma sayı: 2853

Ötən gün həbs xəbəri yayılan Ermənistanın Sünik vilayətinin Qacaran şəhərinin meri Manvel Paramazyanın iki ay müddətinə həbs edildiyi açıqlanıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə merin vəkili Lüsine Saakyan məlumat verib.

Onun sözlərinə görə, Qacaran meri fırıldaqçılıqda, rüşvət verməkdə və seçicilərin iradələrini sərbəst ifadə etməsinə mane olmaqda təqsirli bilinir. 

İttihamların biri Paramazyanın dostlarının biri tərəfindən 2017-ci ildə bir torpaq sahəsinin alınması və onun sonradan daha yüksək qiymətə yenidən satılması ilə əlaqədardır.

Bu yaxınlarda Paramazyanın Qacarandakı evində və Zəngəzurda mis-molibden kombinatında axtarışlar aparılmışdı. Bu zaman müəssisənin bir əməkdaşı həbs edilmiş, Manvel Paramazyan isə İrəvana aparılmışdı.

Qeyd edək ki, iyulun 7-də Gorus şəhərinin meri Aruş Aruşanyan da saxlanılsa da, daha sonradan sərbəst buraxılıb.

Bu şəxslər Ermənistanın sayca ikinci Prezidenti olmuş Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunu dəstəkləyirdilər. İndi onlar bu yaxınlarda keçirilən parlament seçkiləri zamanı seçicilərə rüşvət verməkdə, təzyiq göstərməkdə və s. də şübhəli bilinirlər.