Ermənilər atəş açdı, şirkət əməkdaşı yaralandı - Fotolar

ermeniler-ates-acdi-sirket-emekdasi-yaralandi
Oxunma sayı: 8650

Qanunsuz erməni silahlı qruplaşmasının açdığı atəş nəticəsində Ağdamda bir nəfər yaralanıb.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində qeydə alınıb. 

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub. 

Nəticədə A.Rəhimli qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.

***

Yaxınları "Qafqazinfo"ya bildirib ki, o, mobil operatorlardan birinin podratçı şirkətinin əməkdaşıdır.