“Ermənilərin Qarabağa qayıtması sülhə təhlükə yarada bilər”

ermenilerin-qarabaga-qayitmasi-sulhe-tehluke-yarada-biler
Oxunma sayı: 1458

“Ermənilərin Qarabağa qayıtması Ermənistanla Azərbaycan arasında qurulan sülhə təhlükə yarada bilər”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda “Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxış edərkən danışıb. 

“Qarabağdan köçən ermənilərin geri qayıtması məsələsini sülh üçün risk hesab edirəm”, - Paşinyan qeyd edib.

O həmçinin sülhü yeni doğulmuş körpə ilə müqayisə edib və onun qayğıya ehtiyac duyduğunu vurğulayıb: “Biz sülh sazişini imzalamalı, sərhədin delimitasiyasını həyata keçirməli və bir-birimizi rahat buraxmalıyıq”.