Ermənilərin vurduğu “Bakcell” əməkdaşı haqda açıqlama

ermenilerin-vurdugu-bakcell-emekdasi-haqda-aciqlama
Oxunma sayı: 5619

Baş Prokurorluq Ağdamda “Bakcell” əməkdaşının yaralanması ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilir ki, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb.

İlkin araşdırmalarla “Bakcell”in əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Həmçinin oxuyun: Tağı Əhmədovdan 2 milyon sələm götürənlər məhkəmədən qaçdı - Axtarışa verildilər

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.