Ermənistan “İstiqlal” snayperinə “ilişdi”

ermenistan-istiqlal-snayperine-ilisdi
Oxunma sayı: 3067

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə müdafiə nazirinin mətbuat katibi Arçrun Ovvanisyan məlumat verib. Belə ki, Ermənistan iddia edir ki, Azərbaycan istehsalı olan “İstiqlal” snayper tüfəngi oğurluqdur. Ovvanisyanın sözlərinə görə, bu silah əslində Cənubi Afrika Respublikasında istehsal olunan silahın analoqudur və oğurluq hesab olunmalıdır. Qarşı tərəfin iddiasına görə, silahın lisenziyalaşdırılmaması onun yeganə çatışmazlığı deyil: “Yaxşı snayper tüfəngi avtomatik yaxud yarı avtomatik ola bilməz. Snayper tüfəngi həmçinin pulemyot patronlarına hesablana bilməz”.

Ermənistan Müdafiə Nazirliyinin iddiaları arasında bu silahın istehsalının dayandırılması da daxildir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan İST12,7 «İstiqlal» snayper tüfəngi əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanıb. Bu silahın əsas təyinatı rəqibi texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır. 14,5 mm çaplı «İstiqlal» snayperinin (İST14,5 - Anti-Material Rifle) tüfənginin təkmilləşdirilmiş və nisbətən kiçik modeli olan İST 12,7 Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində «Afrika Aerospace Defence-2010 (AAD-2010)» müdafiə sərgisində nümayiş olunub.


Səidə