Ermənistan KM Qasparyanın vəzifədən çıxarılmasını qanuni saydı

ermenistan-km-qasparyanin-vezifeden-cixarilmasini-qanuni-saydi
Oxunma sayı: 1932

Ermənistan Konstitusiya Məhkəməsi Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasının konstitusion olması barədə qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armeniya”ya məhkəmənin mətbuat-katibi Yeva Tovmasyan deyib. 

Mart ayında Ermənistan Prezidenti “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun Konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Buna səbəb baş nazir Nikol Paşinyanın Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi ilə bağlı müraciəti olub.

Fevralın 25-də Baş Qərargah hökumətin istefasını tələb edib. Bundan sonra Paşinyan prezidentə Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə ərizə təqdim edib. Prezident Konstitusiya Məhkəməsinə müraciət edərək qərarı imzalamayıb və Paşinyana Baş Qərargah rəisini vaxtından əvvəl vəzifədən azad etməyə imkan verən qanuna etiraz edib. 

Lakin martın 10-da Qasparyanın səlahiyyətlərinə xitam verilib. Sarkisyan İnzibati Məhkəməyə müraciət edib və məhkəmə daha sonra Konstitusiya Məhkəməsinin qərarına qədər Qasparyanın vəzifəsində qalması barədə qərar verib. Paralel olaraq Artak Davtyan Baş Qərargahın yeni rəisi təyin edilib. Martın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Artak Davtyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayıb.