Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi ölü tapıldı

ermenistan-milli-tehlukesizlik-xidmetinin-kecmis-reisi-olu-tapildi
Oxunma sayı: 2976

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Georgi Kutoyan ölü tapılıb.

“Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, onun cəsədi Yerevanda binalardan birindəki mənzildə aşkarlanıb.

Meyitin üzərində güllə yaraları aşkar edilib.

Bəzi erməni KİV 39 yaşlı Kutoyanın intihar etdiyini yazır.

Qeyd olunur ki, Kutoyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib.