Ermənistan parlamentində yumruq davası - İclas iki dəfə təxirə salındı - Video

ermenistan-parlamentinde-yumruq-davasi
Oxunma sayı: 517

Ermənistan parlamentində müxalifət deputatı Edqard Qazaryanın çıxışı zamanı mikrofonunun söndürülməsi deputatlar arasında davaya səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Güclü Ermənistan” partiyasının deputatı Qazaryan parlament sədri Ruben Rubinyanı dövlət resurslarından sui-istifadədə ittiham edib və deputatlara ödənilən 250 min dram məbləğində vəsait məsələsini gündəmə gətirib.

Rubinyan çıxışın gündəmə aid olmadığını bildirərək Qazaryanın mikrofonunu söndürüb. Bundan sonra hakim “Vətəndaş Müqaviləsi” və müxalif “Güclü Ermənistan” partiyalarının deputatları arasında fiziki qarşıdurma yaranıb. Deputatlar bir-birini itələyib və yumruq atıblar.

Təhlükəsizlik əməkdaşları zala çağırılıb və iclas dayandırılıb. Qarşıdurmanın fasilə zamanı parlamentin dəhlizlərində də davam etdiyi bildirilib.

Parlament yenidən toplandıqdan sonra hakim partiyanın deputatı Taron Çaxoyanın Erməni Apostol Kilsəsinin rəhbəri ilə bağlı çıxışı yeni gərginliyə səbəb olub. Nəticədə Rubinyan iclası ikinci dəfə təxirə salıb.