Ermənistan seçkilərə görə Aİ-dən kömək istəyib

ermenistan-seckilere-gore-ai-den-komek-isteyib
Oxunma sayı: 356

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin bu gün keçiriləcək iclasında Ermənistan da müzakirə ediləcək. 

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. 

“Növbəti il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz Ermənistana bu məsələdə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib”, - Aİ rəsmisi deyib.

Xatırladaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. K.Kallas daha əvvəl həmin seçkilər ərəfəsində Rusiyanın dezinformasiya kampaniyasını gücləndirməyə başladığını iddia etmişdi.