Ermənistana məxsus PUA məhv edildi

ermenistana-mexsus-pua-mehv-edildi
Oxunma sayı: 6505

İyulun 16-sı səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.