Ermənistanda aksiyalarda 85 nəfər saxlanıldı

ermenistanda-aksiyalarda-85-nefer-saxlanildi
Oxunma sayı: 1223

Yerevanda və Gümrüdə keçirilən hökumət əleyhinə etiraz aksiyaları zamanı 85 nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ermənistan polisindən bildirilib.

Qeyd edək ki, aksiyaçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirdilər. 10 noyabrdan etibarən Ermənistanda Paşinyanın əleyhinə kütləvi aksiyalar keçirilir.