Ermənistanda bir günə 973 nəfər yoluxdu

ermenistanda-bir-gune-973-nefer-yoluxdu
Oxunma sayı: 785

Ermənistanda son sutka ərzində daha 973 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 78 min 810 nəfərə çatıb.

Daha 16 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1196-ya çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.