Ermənistanda etirazçılar hökumət binasının girişini zəncirlədilər - Video

ermenistanda-etirazcilar-hokumet-binasinin-girisini-zencirlediler
Oxunma sayı: 1342

İrəvanda bir qrup fəal Ermənistan hökumət binasının giriş darvazasını zəncirləyiblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib. Aktivistlər bu yolla Baş nazir Nikol Paşinyanın binaya girməsinin qarşısını almağı planlaşdırıblar.

Binanın mühafizəçiləri zəncirləri kəsmək üçün “laqonda”dan istifadə ediblər.

Aktivistlərin bir neçəsi polis tərəfindən nəzarətə alınıb.