Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı

ermenistani-rusiya-ile-birlesdiren-yegane-quru-yol-baglandi
Oxunma sayı: 4770

Əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstandan Rusiyaya gedən yol müvəqqəti olaraq bütün avtomobillər üçün bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şimali Osetiya üzrə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:

“Vladiqafqaz şəhəri ilə Lars kəndi arasındakı ərazidə 24 noyabr 2023-cü il saat 17:20-dən etibarən növbəti xəbərdarlığa qədər Rusiya Federasiyasından çıxmaq istiqamətində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır”.

Qeyd olunur ki, bu, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, nəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin oluna bilməməsi, eləcə də Gürcüstan sərhədçilərinin tövsiyələrinin nəzərə alınması ilə bağlıdır.

Xatırladaq ki, həmin yol təkcə Gürcüstanı deyil, Ermənistanı da Rusiya Federasiyası ilə birləşdirən yeganə quru yoludur.