Astarada velosipedçi çaya düşərək öldü

astarada-velosipedci-caya-duserek-oldu
Oxunma sayı: 1986

Astara sakini bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonunun dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb.

Belə ki, kənd sakini 2002-ci il təvəllüdlü Olman Şükürov velosipedlə hərəkətdə olarkən Vıli körpüsü üzərində müvazinətini itirərək Şümrüd çayına düşüb.

O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov