Ermə­nistanın yeni döyüş möv­qeyi əldə etmə­si xəbərinə rəsmi reaksiya

ermenistanin-yeni-doyus-movqeyi-elde-etmesi-xeberine-resmi-reaksiya
Oxunma sayı: 7089

İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvə­lərinin Ermənistanın şimal-şərqində Azərbaycanla dövlət sərhə­dində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib. 

"Qafqazinfo" xəbər verir ki, Dövlət Sərhəd Xidməti bu məlumat haqda açıqlama yayıb. DSX rəsmi olaraq bildirib ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermə­nistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermə­nistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir.

Əksinə Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb.