Əsədin devrilməsinin ildönümündə izdiham - Ölən var

esedin-devrilmesinin-ildonumunde-izdiham
Oxunma sayı: 861

Suriyada sabiq dövlət başçısı Bəşər Əsəd hakimiyyətinin başa çatmasının birinci ildönümünə həsr edilmiş genişmiqyaslı tədbirlər keçirilir. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bayram tədbirlərində baş verən izdiham nəticəsində azı 1 nəfər ölüb, 260-dan çox şəxs xəsarət alıb. 

Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, xilasetmə briqadaları 247 nəfərə hadisə yerində yardım göstərib, daha 18 nəfər isə xəstəxanalara çatdırılıb. 

Vəfat etmiş 17 yaşlı gəncin izdihamda boğularaq öldüyü bildirilir. 

Xatırladaq ki, ötən il dekabrın 8-də Suriyada müxalif qüvvələr hakimiyyəti ələ keçirdikdən sonra Bəşər Əsəd ölkəni tərk edib. Daha sonra Bəşər Əsəd və ailəsinin Rusiyadan siyasi sığınacaq aldığı məlum olub. Bununla da, Suriyada 61 il hakimiyyətdə olan “Baas” rejimi devrilib.