Suriyada üzərində Bəşər Əsədin fotosu olan pullar dövriyyəyə buraxılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni əskinas 2 min Suriya poundu dəyərindədir. Suriya Mərkəzi Bankının rəhbəri Duraid Durgham bildirib ki, yeni əskinaslar illər əvvəl çap edilsə də, dövriyyəsi ölkədəki vəziyyətə görə təxirə salınmışdı.
Qeyd edilir ki, yeni əskinas mövcud məzənnələrə görə orta hesabla 4 dollar dəyərində olacaq.
Aysel Kərimova

Son xəbərlər
Son Xəbərlər