Etirazlar səbəbindən istefa verdi

etirazlar-sebebinden-istefa-verdi
Oxunma sayı: 733

Bolqarıstanın Baş naziri Rozen Jelyazkov ölkədə davam edən kütləvi etirazlar fonunda bu gün istefa verib.

“Qafqazinfo” xəbər verir ki, çərşənbə günü paytaxt Sofiyada 100 mindən çox insan hökumətin istefası tələbi ilə toplaşıb.

Etirazçılar hakimiyyəti korrupsiyada ittiham edirlər. Nümayişlər Brüssel, London və Nyu-York da daxil olmaqla, bolqar icması tərəfindən digər şəhərlərdə də təşkil edilib.

Məlumata görə, etirazçıların əsas hədəfi hökumətə böyük təsir göstərən oliqarx Delyan Peevski olub. Belə ki, ABŞ və Britaniya korrupsiyaya görə ona qarşı sanksiyalar tətbiq edib.

Xatırladaq ki, aksiyalar ötən həftə 2026-cı ilin büdcə layihəsi səbəbindən başlayıb. Layihə vergilərin artırılmasını nəzərdə tuturdu, lakin daha sonra hökumət bu plandan imtina etsə də, etirazlar davam edib.

Qeyd edək ki, Bolqarıstan yanvarın 1-də avrozonaya qoşulacaq.