“Ətrafımda başqa xanımlar çoxdur” - Fotosessiya

etrafimda-basqa-xanimlar-coxdur-fotosessiya
Oxunma sayı: 776


Azərbaycanın “Best Model of Azerbaijan” gözəlik yarışmasının qalibi Azər Atakişiyev bu yaxınlarda avtomobil qəzası keçirmişdi. Düşdüyü yol hadisəsindən sonra özünü yaxşı hiss edən model “Qafqazinfo”ya müsahibə verib.



- Azər bu yaxınlarda mətbuatda ən çox sənin avtomobil qəzası keçirdiyindən yazılırdı. Hadisə necə oldu və indi necəsən?

- Hadisə iyunun 2-də, Qubaya qohumumun nişan mərasiminə gedərkən oldu. Ayın 3-də oradan qayıdanda çox pis bir yol qəzası keçirdim. Sonra xəstəxanaya düşdüm. Amma o, cür qəzadan çox yaxşı qurtardım . İndi çox yaxşıyam özümü əla hiss edirəm. Artıq işlərimə başlamışam.

- Aygün Kazımova ilə “Düşün Məni” klipdə oynayandan sonra yenidən, Aygün xanım tərəfindən sizə təklif gəlib?

- Aygün xanımla çox yaxşı münasibətim var. Hərdən bir görüşürük də. Amma hələlik iş təklifi gəlməyib. Yəqin ki, zamanı çatdığında gələcək.

- Bir müddət əvvəl mətbuatdan sənin sevdiyin insanla ayrılıq xəbərləri dolaşırdı. İndi necə həmən insanla barışdın yoxsa həyatında yeni bir xanım var?

- Bəli, sevgilimdən ayrılmışam. Biz çox ciddi münasibətdə idik, amma neyləyək, alınmadı. Ondan sonra həyatımda ciddi münasibət yaşadığım biri yoxdur. İnanıram olsa da mənə çox çətin olar.

- Niyə düşünürsünüz ki, həyatınızda başqa bir sevgiliniz olsa sizə çətin olar. Sizi qorxudan nədir?

- “Best Model” gözəlik yarışmasında birinci olandan sonra həyatımda populyarlıq artıb. Ətrafımda başqa xanımlar çoxdur. Hamı ilə dost kimi, səmimi münasibətim var. Həyatımda sevdiyim insan qısqanc olsa çox çətin olar mənə.

- Bu populyarlıq sizi dəyişib. Yəni ulduzluq xəstəliyinə tutulmamısınız ki?..

- Mən çox səmimi insanam. Heç vaxt özümü dartmamışam ay mən modeləm tanınıram dükana getməyim, insanların salamın almayım. Heç belə şey yoxdur məndə. Bunu mənim ətrafımda olan dost, tanışlarımda deyə bilər. Çalışaram ki, bu sadəliyi həmişə qoruyum saxlayım.

- Azərbaycanda model kimi fəaliyyət göstərmək çətindirmi?

- Çətindir ona görə ki, model sahəsi bizdə çox zəif inkişaf edir. Amma indi yavaş-yavaş düzəlir tələbat var modellərə.

- Ölkəmizdə ən çox tanına kişi modeli sənsən demək olar. Ətrafına baxanda oğlan modellərdən özünə kimi rəqib görürsən?

- Rəqib deyəndə Azərbaycanda demək olar ki, bütün oğlan və qız modelləri tanıyıram. Çoxu da dostlarımdır. Amma oğlan modellərdən heç birin özümə rəqib görmürəm.

- Eşitdiyimizə görə yeni seriala çəkilirsən...


- Bəli düzdür yeni bir seriala çəkilirəm. Baş rolda artıq məşqlərə başlamışıq. Serial haqqında çox məlumat vermək istəmirəm, çünki təşkilatçılar tərəfindən icazə yoxdur hələ. Onu deyə bilərəm ki, çox baxımlı bir serial olacaq. Bu yaxınlarda əsas məşqə başlayırıq.

Aynur Babayeva