Xəbər verdiyimiz kimi, Stokholmda “Eurovision-2016”nın final mərhələsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, yarışmanın qalibi Ukrayna təmsilçisi Camala olub. O, 534 səslə birinci yerdə qərarlaşıb. Camala yarışmada “1944” adlı mahnı ifa edib.
“Eurovision-2016”da 2-ci yeri Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə Rusiya nümayəndəsi Sergey Lazarev tutub.
Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 117 xalla “Eurovision” müsabiqəsini 17-ci yerdə başa vurub.




Son xəbərlər
Son Xəbərlər