Daşkəsəndə evdə 2 meyit aşkarlanıb.
"Qafqazinfo"nun verdiyi məlumata görə, rayonun İsmət Qayıbov küçəsində kirayədə yaşayan, Şəmkir rayon Təzəkənd kənd sakini 1977-ci il təvəllüdlü Ələsgərova Ayşən Nurəddin qızı və Şəmkir rayon Çaparlı kənd sakini, 1987-ci il təvəllüdlü Cəfərov Orxan Nəriman oğlunun meyitləri tapılıb.
Məlumata görə, meyitlərdən biri hamam otağında, o biri isə yataq otağında olub.
Ölümün dəqiq səbəbləri məlum olmasa da, onların dəm qazından boğulması ehtimal edilir.
Faktla bağlı hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər