Eyfel qülləsində Olimpiya halqaları quraşdırılacaq

eyfel-qullesinde-olimpiya-halqalari-qurasdirilacaq
Oxunma sayı: 850

Eyfel qülləsində Olimpiya halqaları quraşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, halqaların quraşdırılmasına 2024-cü il Olimpiadası ərəfəsində başlanılacaq.

Onlar qüllənin birinci və ikinci mərtəbələri arasında 60 metr yüksəklikdə yerləşdiriləcək.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.