Əziz Əzizov Yeni Suraxanı sakinləri ilə görüşdü - Foto

eziz-ezizov-yeni-suraxani-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1429

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Yeni Suraxanı qəsəbəsində keçirib. 

“Qafqazinfo” xəbər verir ki, 316 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 150 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsi iştirak edib.

Əziz Əzizov səyyar görüş-qəbulda sakinlərə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib: “İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Yeni Suraxanı qəsəbəsində bütün küçələr asfaltlanır, ehtiyac olan yerlərdə yeni kanalizasiya və su şəbəkələri qurulur. Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev və Atamoğlan Rzayev küçələri yenidən qurulur. Çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, liftləri yenilənir, abad həyətlər salınır. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsinə xidmət edir”.

Sakinlər onları maraqlandıran suallarla bağlı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət ediblər.

Rayon rəhbəri sakinləri narahat edən kanalizasiya şəbəkəsinin qurulması, yolların asfaltlanması, marşrut avtobuslarının xətlərinin uzadılması, ərazidə ATS-in qurulması və digər məsələlərə aydınlıq gətirib.