“Facebook” insanı xoşbəxt etmir

facebook-insani-xosbext-etmir
Oxunma sayı: 652

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, aparılan araşdırmalar nəticəsində “Facebook” sosial şəbəkəsi istifadəçilərinin özlərini dostları ilə müqayisə etdikləri və bundan dolayı xoşbəxt olmadıqları məlum olub.

ABŞ-da aparılan araşdırmalar zamanı “Facebook” şəbəkəsinin insanların görünüşü ilə bağlı problemlərlə üzləşməsinə səbəb olduğu öyrənilib. Belə ki, 16-40 yaşları arasında olan respondentlərin iştirak etdiyi araşdırmada öz fiziki görünüşlərini sözügedən şəbəkə vasitəsilə müəyyən etdiyini bildirənlər 51% təşkil edib.

“İnsanlar “Facebook”da yerləşdirdikləri özlərinin və dostlarının şəkillərinə baxdıqları zaman artıq çəki ucbatından narahatlıq keçirirlər. Bu saytın insanların özlərini xoşbəxt hiss etmələrinə bu və ya digər dərəcədə mane olduğunu demək mümkündür”, - deyə tədqiqat qrupunun rəhbəri Stiv Krouford bildirib.

Krouford respondentlərin əksəriyyətinin öz həyatlarını sözügedən şəbəkədəki dostlarının həyatları ilə müqayisə etdiklərini bildirdiyini də qeyd edib.