“Facebook”un işində problemlər yaranıb

facebookun-isinde-problemler-yaranib
Oxunma sayı: 739

Bir sıra ölkələrdən olan "Facebook" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə "Downdetector" saytında bildirilir.

Məlumata əsasən, problemlərdən daha çox ABŞ, Niderland və Böyük Britaniyadan olan istifadəçilər şikayətçidir.

İstifadəçilərin əksəriyyəti (56%-ə yaxın) hesablarına girişdə problem yaşayır, daha 25%-i sosial şəbəkənin tamamilə işləməməsindən şikayətçidir, 18%-i isə xəbər lentinə baxmaqda çətinlik çəkir.