Fariz Məmmədova qadağa

fariz-memmedova-qadaga
Oxunma sayı: 3206


“Qafqazinfo” “Sportpress”ə istinadən xəbər verir ki, Məmmədov oktyabrda baş tutan ilk görüşdə Rusiya təmsilçisi Andrey Zamkovoya uduzmaqla yanaşı burnundan ciddi zədə alıb. İlkin müayinədən sonra boksçunun 3 ay müddətində rinqə çıxmayacağı məlum olub. Farizin təkidindən sonra boksçu təkrar müayinə edilib. Yekun rəyə əsasən idmançıya rinqə çıxmaq qadağan edilib. Əks halda onun səhhətində ciddi problemlərin yaranacağı bildirilib. Peşəkar boksçu ən azı dekabrın ortalarına qədər rinqdə mübarizə apara bilməyəcək. Hazırda bərpa kursu keçən idmançı gələn ay təkrar müayinə ediləcək və bundan sonra onun rinqə qayıdacağı vaxt dəqiqləşəcək.

Burnunda cərahiyyə əməliyyatı keçirən Fariz Məmmədov hazırda aktiv məşqlərdə iştirak edə bilmir. Məhz bu səbəbdən onun ilin sonuna qədər rinqə qayıdacağı sual altındadır. AİBA Pro Boxing turnirinin ilk turunda uduzan boksçu ikinci görüşdə iştirak etməyəcəyindən yarışın finalına çıxmaq şansını itirir. Bu isə Farizin AİBA Pro Boxing turnirində növbəti görüşlərə çıxmasını əhəmiyyətsiz edir.

Qeyd edək ki, AİBA Pro Boxing turnirində finala vəsiqə qazanan boksçular 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.