Fatih Terim 4-cü dəfə “Qalatasaray”la vidalaşdı - Fotolar

fatih-terim-4-cu-defe-qalatasarayla-vidalasdi
Oxunma sayı: 1955

Dünən “Qalatasaray”ın baş məşqçi postundan istefa verən Fatih Terim klubla vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün “Florya Mətin Oktay” bazasına gələn təcrübəli çalışdırıcı futbolçularla və işçilərlə sağollaşıb. 

İstanbul təmsilçisinin bir qrup azarkeşi bazanın qarşısına yığılaraq Fatih Terimə dəstəklərini ifadə ediblər. Onlar həmçinin çalışdırıcını istefaya göndərdiyinə görə prezident Burak Elmasın klubdan getməsini istədiklərini bildiriblər. 

Qeyd edək ki, bu Fatih Terimin “Qalatasaray”dan 4-cü istefasıdır. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də İstanbul təmsilçisinin çalışdırıcısı olub.