Fazil Qurbanov vəfat etdi

fazil-qurbanov-vefat-etdi
Oxunma sayı: 6783

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov koronavirusdan vəfat edib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fazil Səməd oğlu Qurbanov N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib.

1999-cu ildən etibarən fəaliyyətini Moskvada davam etdirən alim Rusiya Federasiyası Yollar Nazirliyinin N.A.Semaşko adına Mərkəzi Kliniki Xəstəxanasında Cərrahiyyə şöbəsinə rəhbərlik edirdi, eyni zamanda Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasının professoru idi.

F.Qurbanov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib. F.Qurbanov 2016-cı ildə Ümum-Rusiya Azərbaycan Konqresinə sədr seçilib.

Allah rəhmət eləsin!