“Qafqazinfo” Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatının (AzerRos) prezidenti Söyün Sadıqovun SalamNews-a müsahibəsini təqdim edir:
- Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradılması ideyası kimə məxsus idi? Bu fikrin arxasında hansı məqsəd durur?
- Hələ 2001-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) yaradilarkən mən Rusiyadakı Azərbaycan diasporları üçün koordinasiya qurumunun yaradılması təşəbbüsü ilə çıxış etdim. Belə ki, ÜAK-ın yaradılması ilə Rusiyanın regionlarında müəyyən problemlər meydana gəlməyə başladı. Məsələ burasındadır ki, regionlarda bizim muxtariyyətin şöbələri fəaliyyət göstərirdi. ÜAK-ın yeni şöbələrinin yaranması isə müəyyən fikir ayrılıqları, çəkişmə və hətta çaxnaşmalar meydana gəldi. Buna görə mən, Moskvanın “Azərbaycan” cəmiyyətinin rəhbəri Oqtay Humeynov, Dünya Azərbaycanlıları İttifaqının sədri Füzuli Məmmədov, professor Tofiq Məlikli, eyni Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Arif Babayev, həmin vaxt ÜAK-ın icraçı direktoru olan Zeynal Nağdəliyev və digərlərinin iştirak etdikləri tədbirdə bu təkliflə çıxış etdim. Hətta Zeynal Nağdəliyev o vaxt bu təklifə görə ünvanıma tərif səsləndirdi. Lakin, bu, yalnız sözdə belə oldu. ÜAK naməlum səbəblərdən buna getmədi. Oxşar hal 2006-cı ildə də yaşandı. Həmin vaxt tədbirdə ÜAK-ın Moskva regional şöbəsinin rəhbəri İlqar Hacıyev və ÜAK-ın icraçı direktoru Eldar Quliyev iştirak edirdilər. Nəticə isə, analoji oldu.
- Sizin ideya, təklif Rusiyanın regionlarında inkişaf edə və dəstək qazana bildimi?
- Mən konstruktiv olaraq dəstəklənmiş ideyamı təbliğ etməyi davam etdirdim. Dünya azərbaycanlılarının Bakıda keçirilən qurultayında bu barədə Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimova danışdım. Ona dedim ki, ümummilli maraqlar naminə bu təşkilatların vahid Koordinasiya Şurasında birləşməsi vacibdir. Bu, regionlardakı nümayəndələrin intriqalara son qoymağın və Azərbaycanın təbliğatı naminə birgə çalışmağın labüd olduğunu nümayiş etdirəcəkdi.
Hamımız eyni məqsəd uğrunda çalışırıq. Nazim İbrahimov bu ideyaya konstruktiv yanaşsa da, ÜAK belə quruma hələlik hazır olmadığını dedi.
- Yəqin ki, Dünya azərbaycanlılarının 2011-ci ildə Bakıda keçirilən qurultayında ölkə prezidenti İlham Əliyevin xaricdə fəaliyyəy göstərən Azərbaycan təşkilatlarını intriqalara son qoymağa çağırması yadınızdadır. Həmin vaxt, hər kəs söhbətin sırrf Rusiyada fəaliyyət göstərən təşkilatlardan getdiyini anlamışdı...
- Təbii ki, İlham Əliyevin obyektiv təndiqi çox haqqlı idi. O, ölkə başçısıdır və əgər nəsə deyirsə, deməli, hansısa informasiyaya əsaslanır. Qurultaydan sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə fikir mübadiləsi apardım. O, zəngin təcrübəsinə əsaslanaraq prezidentin çıxışından konkret nəticələr çıxarmağı məsləhət gördü.
Məsələnin vacibliyini başa düşən səfir, bütün diaspor və ictimai təşkilat rəhbərlərini bir yerə toplayaraq fikir mübadiləsi və dialoq üçün yaxşı imkan yaratdı. Həmin yığıncaqda mən nə vaxtsa səsləndirdiyim təklifi bir daha xatırlatdım. Bu dəfə də fikri dəstəkləyənlərin sayı az olmadı.
- Bəs bu dəstəyin nəticəsi necə oldu?
- Ənənəvi olaraq, yenə də heç bir nəticə olmadı. Yenə də yalnız hamı söz deməklə kifayətləndi. Mən burdan öz nəticəmi çıxarmış oldum. Bundan sonra ideyanın reallaşdırılması üçün tanışmış azərbaycanlılar, oliqarxlarla görüşməyə başladım. Vladimir Putinin səlahiyyətli nümayəndəsi seçildikdən sonra fikrimi əsaslandırmağa başladım.
Çünki, bu fəaliyyətin əhəmiyyətini həm hakimiyyət, həm də əhaliyə çatdırmaq tələb olunur.
Məhz seçkiqabağı dövrdə hörmət etdiyim Abbas Abbasovla görüşdüm. Yadımdadır ki, o, martın 1-də öz hesabına Vladimir Putinə dəstək konserti təşkil etmişdi. Bu barədə müzakirələr mən Rusiya prezidenti yanında Millətlərlə iş üzrə İctimai Şuranın üzvü seçildikdən sonra da davam etdirilib.
- ÜAK-ın qurultayından sonra bu təşkilatla müzakirə aparmısınız? Koordinasiya Şurasının yaradılması ideyası ÜAK-ın dəstəyini qazanıb?
- Danışıqlar təbii ki, olub. Mən Mikayıl Hüseynovla telefonla danışıb, ÜAK və Federal Mili-Mədəni Muxtariyyətin (FMMM) bir neçə nüməyəndəsindən ibarət Koordinasiya Şurasının yaradılmasını təklif etdim.
O telefonla razılıq versə də, qurultaydan sonra təşkilatın nizamnaməsində dəyişikliklərin qeydiyyatı ilə bağlı hüquqi xarakterli problemlərin yarandığı bildirdi. Mən öz yardımımı təklif etdim. Rusiya ədliyyə nazirinə rəsmi məktub göndərərək, aldığım cavab barədə hər kəsi məlumatlandırdım. Mən həmçinin, FMMM-in peşəkar hüquqşünaslarının xidmətindən yararlanmağı da təklif etdim. Lakin ÜAK növbəti dəfə Koordinasiya Şurasının yaratmaqdan imtina etdi. Elə indiyədək imtina edir və buna tutarlı səbəb göstərmir.
- Koordinasiya Şurasının yaradılması istiqamətindən daha hansı addımlar atmısınız?
- Bu ilin yayında biz sözügedən qurumu yaratmağa başladıq. Beləliklə, “AzerRos” FMMM, Ramazan Əbdüllətifovun başçılığını ilə Rusiya Xalqlar Assambleyası və Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi “İbrus” mədəniyyət mərkəzi yeni qurumun- RATİ-nin yaradıcıları oldular. Bizdən əlavə, Abbas Abbasov, Aras Ağalarov, Vahid Ələkbərov, Asim Məhərrəmov və Natiq Ağamirov da RATİ İdarəetmə Şurasının üzvləri oldular. Sentyabrın 28-də keçirilən iclasda hörmətli Abbas Abbasov RATİ-nin sədri seçildi. Uzun müddət Heydər Əliyevlə birgə çalışmış Abbas Abbasov böyük təcrübəyə malikdir. Bundan əlavə, onun İlham Əliyevlə möhkəm əlaqələrinin olması xüsusilə dəyərlidir.
- RATİ-nin məqsəd və vəzifələri nədən ibarətdir? Niyə bu qurumun yaradılması müəyyən dairələrdə tənqidlə qarşılandı?
- Məqsəd və vəzifələrimiz çox sadədir. Birincisi, Rusiyanın Azərbaycan təşkilatlarına yardımçı olmaq və regionlarda yarana biləcək çəkişməyə və münaqişələrə yol verməmək. Heç kimə sirr deyil ki, tez-tez Rusiya azərbaycanlıları arasında münaqişələr yaranır. Bu, həmyerlilərimizin nüfuzunun aşağı düşməsi ilə nəticələnir.
İkincisi, Rusiyada azərbaycanlıların yığcam yaşadıqları regionlarda mədəni mərkəzlər açmaq niyyətindəyik. Bundan əlavə, 500-1000 kvadratmetr sahəsi olan ərazilərdə çoxfunksiyalı evlər tikməyi, həmçinin, həmin yerlərdə bayram, məşğələ, mədəni gecələr keçirməyi planlaşdırırıq.
Biz regional şöbələr açmağı planlaşdırmırıq. Həmçinin, ÜAK-ı, FMMM-i, yaxud hər hansı başqa təşkilatı əvəz etmək fikrimiz də yoxdur. Əgər ÜAK bundan çəkinirsə, çox nahaq yerə bunu edir. Bir vaxtlar ÜAK FMMM-i çox məsələdə ittiham edirdi, indi fəaliyyəti ilə azərbaycanlıların birləşməsi amalına xidmət etmədiyini sübuta yetirir.
Bəzi şəxslər yalnız böhtan və yalan informasiya yaymaqla məşğuldur. Belələri, həm xalqımızı, həm də Prezident İlham Əliyevi aldadır. Fəaliyyətlərinin əvəzolunmazlığı barədə əfsanələr uyduraraq, başqalarını çirkablamağa çalışırlar. Əslində, bu insanlar təkəbbürlü şəxslərdir və prezidentə bu cür insanlar lazım deyil. Prezident özü vəziyyətə çox gözəl nəzarət edir. Bəzi cılız insanlar isə, yalnız hamını aldatmaqla məşğuldurlar.
ÜAK ətrafında yalan piyar yaradılmasına baxmayaraq, ölkəmizin maraqlarını yalnız “AzərRos” FMMM müdafiə edib. Lakin hələ ki, yeni yaradılmış təşkilatımızın fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlmişik. Təşkilatımızın rəhbəri Abbas Abbasovn ölkə prezidenti İlham Əliyev ilə görüşündən sonra RATİ-nin gələcəyinə aydınlıq gələcək.
Bu qərar mətbuatda bir sıra əsassız informasiyaların yaranması ilə əlaqədar qəbul edilib. Gələn həftə ölkə prezidenti İlham Əliyev RATİ sədri Abbas Abbasovu qəbul edəcək. Məhz həmin görüşdən sonra gələcək perspektivlərimiz müəyyənləşdiriləcək. Çünki Prezident İlham Əliyevin mövqeyi bizim üçün son dərəcədə əhəmiyyətlidir.