Fələstin 20 nəfərin öldüyünü açıqladı - Qəzzada gərginlik

felestin-20-neferin-olduyunu-aciqladi
Oxunma sayı: 2062

"İsrailin Qəzza zolağına aviazərbələri nəticəsində 20 fələstinli ölüb, 65 nəfər yaralanıb".

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fələstinin səhiyyə nazirinin sözçüsü Əşrəf əl-Kidra deyib.

Onun sözlərinə görə, ölənlərin 9-u uşaq, 1-i qadındır.

Qeyd edək ki, İsrail Qəzza zolağından raket atəşlərinə cavab olaraq "Həmas" qruplaşmasının mövqelərinə zərbə endirir.