Fələstin Baş naziri istefa vermək üçün Mahmud Abbasa müraciət etdi

felestin-bas-naziri-istefa-vermek-ucun-mahmud-abbasa-muraciet-etdi
Oxunma sayı: 823

Fələstin Baş naziri Mohammed Ştayyeh ölkə Prezidenti Mahmud Abbasa rəhbərlik etdiyi hökumətin istefası üçün müraciət edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Nazirlər Kabinetinin başçısı özü bildirib.

Ştayyeh əlavə edib ki, Fələstin Milli Administrasiyasını inzibati vasitələrdən birinə çevirmək cəhdlərini qəbuledilməz hesab edir.

Baş nazir vurğulayıb ki, onun rəhbərlik etdiyi Nazirlər Kabineti öz fəallığı dövründə, Qəzzada yeni eskalasiya dövrü fonunda üzləşməli olduğu çağırışlara baxmayaraq vətəndaşların tələbləri ilə Fələstin xalqının hüquqlarının müdafiəsi arasında tarazlığa nail ola bilib.