Fərid Qayıbov Bilal Ərdoğanla görüşdü

ferid-qayibov-bilal-erdoganla-gorusdu
Oxunma sayı: 2578

Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumunda iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, xəbər verir ki, foruma 75 ölkədən nazirlər, federasiya nümayəndələri, tədqiqatçılar və alimlər qatılıblar.

Nazir Fərid Qayıbov panel iclaslarında müzakirələrə qatılıb. O, forum çərçivəsində Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanla, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanla və bir neçə ölkənin nazirləri ilə ikitərəfli görüşlər keçirib.