Fermerlərə çoban olmaq istədiklərini deyib dələduzluq etdilər

fermerlere-coban-olmaq-istediklerini-deyib-deleduzluq-etdiler
Oxunma sayı: 1231

Zərdab rayon Dəliquşçu kənd sakini olan fermer ilə mobil telefon ilə əlaqə saxlayaraq onun yanında çoban işləyəcəyini vəd edərək vətəndaşdan dələduzluq yolu ilə 1150 manat pul ələ keçirən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə ŞBPİ Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl Abbasov, əvəllər məhkum olunmuş Daşkəsən rayon Dəstəfur kənd sakini Elvin Mürsəlov və onun qardaşı Rahib Mürsəlovun əvvəlcədən əlbir olaraq müxtəlif fermerlərlə əlaqə saxlayaraq yanlarında çoban işləyəcəkləri lakin hazırda işlədiyi fermere pul borclu olduqları üçün onlardan müəyyən miqdarda pul aldıqları müəyyən edilib.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi işi cinayət işi başlanıb, hazırda həmin şəxslərin digər şəhər və rayonlarda anoloji cinayət törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri davam etdirilir.