FHN üzüyü barmaqdan belə çıxarırmış... - Video

FHN üzüyü barmaqdan belə çıxarırmış...
Oxunma sayı: 5374

Sumqayıtda yaşayan İmamqulu Yusifovun başına iş gəlib, belə ki, hər gün barmağında olan üzük əlinin şişməsi nəticəsində ona narahatlıq yaradıb.

“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, üzüyü çıxara bilməyən gəncin köməyinə həkimlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çatıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimləri üzüyün kəsilərək çıxarılmasını məsləhət görüblər. Həkimlər üzüyü çıxarmağa çalışıb, amma texniki avadanlıqlar işə yaramayıb. Sonra əraziyə çağırılan FHN-nin Sumqayıt Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə hissəsinin əməkdaşları barmaqda üzüyü çıxarmağa müvəffəq olublar.

Xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə gəncin barmağından üzüyü çıxarıblar. Üzükkəsmə əməliyyatı uğurla başa çatıb. İmamqulu Yusifovun kəsilmiş barmağı sarılıb. 

Qeyd edək ki, İmamqulu Yusifov Bakı-Sumqayıt marşrutu üzrə sürücü kimi fəaliyyət göstərir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi