Fransa Danimarkaya qalib gəldi - Video + Yenilənib

fransa-danimarkaya-qalib-geldi
Oxunma sayı: 2909

Bu gün dünya çempionatında D qrupunda növbəti oyun keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, Fransa Danimarka ilə üz-üzə gələcək.

Matç saat 20:00-da başlayacaq.

DÇ-2022

D qrupu

2-ci tur

Fransa - Danimarka

Fransa: Uqo Lloris, Teo Hernandes, Teo Hernandes, Jül Kunde, Rafael Varan, Dayo Umapekano, Adrien Rabyo, Orelyen Çuameni, Usman Dembele, Antuan Qrizmann, Kilian Mbappe, Olivye Jiru.

Danimarka: Kasper Şmeyxel, Viktor Nelsson, Yoahim Anderson, Andreas Kristensen, Rasmus Kristensen, Joakim Mehle, Kristian Eriksen, Pyer-Emil Hoybyerq, Jesper Lindström, Andreas Kornelius, Mikkel Damsqard

***

Oyun başladı. 

***

İlk hissə bitdi.

***

İkinci hissə başladı.

***

Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb.

***

Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib. 

***

86-cı dəqiqədə Mbappe yenidən səhnəyə çıxaraq Qrizmanın ötürməsindən sonra qələbə qolunu vurub.

***

Fransa-Danimarka görüşü başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşma Fransa millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.