Fransa Prezidentinin xüsusi elçisi Bakıya səfər edəcək

fransa-prezidentinin-xususi-elcisi-bakiya-sefer-edecek
Oxunma sayı: 1421

Fransa Prezidentinin Cənubi Qafqaz üzrə xüsusi elçisi Bris Rokfey tərəflər arasında həll edilməmiş məsələlərin həllinə kömək etmək üçün həftə sonuna qədər Azərbaycan və Ermənistana səfər edəcək.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə bildirib.

“Prezident Emmanuel Makronun erməni və azərbaycanlı həmkarları ilə danışıqlarının davamı olaraq, Cənubi Qafqaz üzrə xüsusi elçi səfir Bris Rokfey bu həftə Bakıya, oradan isə İrəvana gedəcək”, - deyə Fransa rəsmisi bildirib.

O qeyd edib ki, rəsmi Paris danışıqlar yolu ilə bütün məsələlərin həlli yollarına töhfə vermək niyyətindədir.