Fransa Türkiyəyə sanksiya tətbiq edilməsini istəyir

fransa-turkiyeye-sanksiya-tetbiq-edilmesini-isteyir
Oxunma sayı: 1693

Fransanın Gənclər və İdman Nazirliyi Türkiyə yığmasının cəzalandırılmasını istəyib. “Qafqazinfo” xəbər verir ki, nazir Roksana Marasinyanyu belə müraciətlə çıxış edib. 

O, səbəb kimi, “ay-ulduzlular”ın Fransa ilə matçda qol vurduqdan sonra hərbi salam verməsini göstərib.

Marasinyanyu bunun yanlış olduğu barədə açıqlama verib: “Fransa Futbol Federasiyasına və polisə oyun zamanı təhlükəsizliyi təmin etmək üçün gördükləri işlərə görə təşəkkür edirəm. Türkiyəli futbolçular vəziyyəti korlayaraq, idman ruhuna zidd olan hərbi salam göstərdilər. UEFA-dan sanksiyaların tətbiq olunmasını xahiş edirəm”.

Qeyd edək ki, Fransa - Türkiyə matçı 1:1 hesabı ilə başa çatıb.