Fransada 15 yaşa çatmamış şəxslə cinsi əlaqə zorlama hesab ediləcək

fransada-15-yasa-catmamis-sexsle-cinsi-elaqe-zorlama-hesab-edilecek
Oxunma sayı: 1362

Fransa parlamenti 15 yaşına çatmamış azyaşlı ilə cinsi əlaqəni təcavüz kimi qiymətləndirən qanun qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib. Cinsi əlaqə üçün razılıq yaşının əvvəllər də 15 yaş olmasına baxmayaraq, təcavüzə görə hökm çıxarmaq üçün prokurorlardan cinsi əlaqənin könüllü olmadığını sübut etmələri tələb olunurdu. Bundan sonra isə o yaşda yeniyetmə ilə cinsi əlaqə avtomatik zorlama aktı hesab ediləcək. 

"Bu, uşaqlarımız və cəmiyyətimiz üçün tarixi bir qanundur",-deyə Fransanın ədliyyə naziri Erik Düpon-Moretti qərarı şərh edərkən bildirib.

Qanunda yeniyetmələr arasında cinsi əlaqəylə bağlı "Romeo və Cülyetta" maddəsi əlavə olunub. Maddəyə görə 15 yaşından kiçik şəxslə cinsi əlaqəyə görə ən az beş yaş böyük olan şəxs cəzalandırıla bilər. "Romeo və Cülyetta" maddəsi cinsi təcavüz hallarına şamil edilmir.

Qanunda 18 yaşınadək yetkinlik yaşına çatmayan şəxslə insest əlaqə də təcavüz hesab olunur.