Fransada azərbaycanlı rəssamın sərgisi olacaq

fransada-azerbaycanli-ressamin-sergisi-olacaq
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, oktyabrın 20-dən noyabrın 5-ə qədər davam edən sərgidə avropalı sənətsevərlər Nail Nadir Ələkbərovun yaradıcılığı ilə tanış olacaqlar.
Azərbaycan müasir incəsənətinin ən parlaq təmsilçilərindən sayılan Nail Ələkbərov 1979-cu ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Kollecini bitirib. Azərbaycan Rəssamlıq Akademiyasında magistiratura təhsili alan rəssam 2006-2008-ci illər arasında Fransa Limoj Dövlət Ali Rəssamlıq məktəbinin magistraturasını fərqlənmə diplomu ilə və Leon-2 Lumier Universitetində kinomatoqrafiya fakultəsini bitirib.
Fransa Mədəniyyət Nazirliyinin rəssamlıq diplomunu almış ilk azərbaycanlı olan Nail Nadir Ələkbərovun yaradıcılığında Şərq-Qərb dünyagörüşündəki təzadlar, bənzərlik və uyğunluq əks olunur. Bu mövzuların ironik tərzdə ifadəsinə üstünlük verən rəssam instalyasiya, keramika, rəngkarlıq, heykəltaraşlıq, rəsm və video-art sahəsində ölkəmizin yetişdirdiyi ən gənc istedad hesab edilir.

Sərgi barədə əlavə məlumatı MAPRA mərkəzinin internet səhifəsindən öyrənmək olar:
http://www.mapra-art.org/accueil.htm