Fransada koronavirusa yoluxanların sayı artdı

fransada-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1562

Fransada koronavirusa yoluxanların sayı 38-dən 57-yə çatıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “France Info” portalı ölkənin Səhiyyə naziri Olivye Veranın sözlərinə istinadən xəbər verib.

“Virus bizim ərazimizdə gəzir və biz onun yayılma sürətini azaltmalıyıq”, - Veran deyib.

Təhlükəsizlik qaydalarından danışan nazir əl sıxmalardan qaçmağı və zəif sağlamlığı olan insanlara diqqətlə yanaşmağı tövsiyə edib. O, həmçinin əlləri tez-tez yumağa, asqıran zaman ağzı bağlamağa və birdəfəlik istifadə üçün olan dəsmallardan istifadə etməyə çağırıb.