Fransada koronavirusun ikinci dalğası başladı

fransada-koronavirusun-ikinci-dalgasi-basladi
Oxunma sayı: 1735

Fransada koronavirus pandemiyasının ikinci dalğası başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bəyan edib. O bildirib ki, bu səbəbdən oktyabrın 17-dən paytaxtda və bir sıra iri şəhərlərdə komendant saatı tətbiq ediləcək. Komendant saatı azı 4 həftə nəzərdə tutulur.

Saat 21:00-dan sonra bütün restoran və kafelər, teatrlar bağlanacaq. Komendant saatını pozan şəxslər əvvəlcə 135 avro, bu hal ikinci dəfə baş verərsə isə 1500 avro cərimələnəcəklər.