Frederik Beqbeder saxlanıldı

frederik-beqbeder-saxlanildi
Oxunma sayı: 2910

Məşhur fransız yazıçısı Frederik Beqbeder saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.

“Beqbeder istintaqın bir hissəsi olaraq dindirilməyə çağırıldı. Bu iş narkotiklə bağlı deyil, hələlik əlavə şərh verməyəcəyəm”, - prokuror bildirib.

Qeyd edək ki, Frederik Beqbeder fransız nasir, publisist, ədəbiyyatşünas, aktyordur. Onun ən məşhur əsərləri arasında “Ağılsız gəncin xatirələri”, “Komadakı bayramlar”, “Məhəbbət üç il yaşayır”, “Romantik eqoist”, “99 frank” kimi romanları qeyd etmək olar.

 2009-cu ildə “Fransız romanı” kitabına görə o, Fransanın ən mühüm ədəbi mükafatlarından biri sayılan “Renaudo” mükafatına layiq görülüb.