Futbolçu formasını 50 avroya satdı - Video

futbolcu-formasini-50-avroya-satdi
Oxunma sayı: 1991

İspaniya 3-cü Liqasında mübarizə aparan “Malaqa”lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb.

“Qafqazinfo” xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib.  

Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avro ödəyərək  formanı alıb. 

Sosial şəbəkələrdə yayılan görüntülərdə  futbolçu tənqid olunub.

O, bu hadisədən sonra üzr istəyib: “Mən milyonçu deyiləm. Klub bizdən formalar üçün pul alır, azarkeşlərin forma üçün pul təklif etməsi mənə normal göründü. Düzdür, etməməliydim. Ümid edirəm ki, insanlar bu vəziyyəti başa düşürlər”.