Füzuli aeroportu böyük gün üçün hazırdır... - Fotolar

fuzuli-aeroportu-boyuk-gun-ucun-hazirdir
Oxunma sayı: 3473

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı öz tviter hesabında Füzuli Beynəlxalq Hava Limanından fotolar paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, səfir görüntüləri belə şərh edib: “Füzuli Beynəlxalq Hava Limanı böyük gün üçün hazırdır”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gələcək.

Ərdoğan Prezident İlham Əliyevlə Füzuli aeroportunun açılışına qatılacaq, bölgədə salınacaq avtomobil yolu və Zəngilanda “Ağıllı aqropark”ın təməlqoyma mərasimində iştirak edəcək.