Füzuli RİH başçısı Sabirabadda səyyar qəbul keçirib - Fotolar

fuzuli-rih-bascisi-sabirabadda-seyyar-qebul-kecirib
Oxunma sayı: 1518

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Sabirabad rayonunda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, Sabirabad rayonunda məcburi köçkün ailələri üçün salınmış şəhərcikdə keçirilən səyyar qəbulda çıxış edən Alı Alıyev ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə bu cür görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib.  Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.

Səyyar qəbulda Sabirabadda məskunlaşmış rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Rayonda məskunlaşan füzulili məcburi köçkünlər işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.