Gədəbəyə dolu düşüb - Video

gedebeye-dolu-dusub
Oxunma sayı: 1619

Bu gün saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Yardımlı, Lerikdə şimşək çaxıb, Şahbuz, Daşkəsən, Göy-göl, Gədəbəy, Şəmkir, Əyriçay-Başdaşağılda (Oğuz), Qrızda leysan xarakterli yağış yağıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə, saat 13:35 radələrində isə Maarif və Daşbulaq kəndlərinə (Gədəbəy) yağışla birlikdə xırda dənəli dolu düşüb.