Gəlinlik paltarlarını məhv etməyi sifariş verən qadın saxlanıldı

gelinlik-paltarlarini-mehv-etmeyi-sifaris-veren-qadin-saxlanildi
Oxunma sayı: 8472

Bir neçə gün öncə Bakıda gəlinlik paltarları mağazasına daxil olaraq onların üzərinə maye tökərək qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni sifariş etmiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub.

Murad Əhməd